backend

Aksiz markasız siqaretlər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib. 

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib.

DGK-dən TİA.AZ-a verilən məlumatda bildirilir ki, Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaş Məmmədov Kamran Akif oğlunun idarə etdiyi “VAZ-21099” markalı, “10-UG-789” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkət edərkən saxlanılmışdır. Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Xosrov Əhməd oğluna məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış Belarus Respublikasının istehsalı olan külli miqdarda aksiz markasız “NZ” siqaretləri aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.