Aksiz dərəcəsində artım: Hansı məhsullar bahalaşacaq? – VİDEObackend

Aksiz dərəcəsində artım: Hansı məhsullar bahalaşacaq? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Vergi Məcəlləsinə bəzi dəyişikliklər təklif edilib. Dəyişikliklərin əksər hissəsi bahalı və sosial cəhətdən zərərli malların istehsal və idxalından tutulan aksiz vergisi ilə bağlı olub. Belə ki, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”, çeynənilən və ya buruna çəkilən tütünlərin, qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının aksizli mallara daxil edilməsi nəzərdə tutulub. Eləcə də, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsinin 20 manatdan 220 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədi üzrə aksiz dərəcəsinin 31 manat 35 manata qaldırılması nəzərədə tutulur.

Layihəyə əsasən, həmçinin 20 qram qızılın, 0,5 karat almazın idxalı aksizdən azad olan malların siyahısından çıxarılır.

Bəs vergi məcəlləsində nəzərdə tutulmuş dəyişikliklərin səbəbi nədir və qiymətlərə təsiri necə olacaq?

İqtisadçı ekspert Əhliman Abbas “MediaPost”a açıqlamasında bildirdi ki, COVID-19 pandemiyasının təsiri ilə iqtisadi daralma, dövlət xərclərində artım, neftə tələbin aşağı enməsi dövləti fiskal gəlirlərinə yenidən baxış keçirməsinə sövq edir:

İqtisadçı ekspert Rəşad Həsənov isə bildridi ki, indiki halda aksiz xərclərinin artırılması tütünm məhsullarının bahalaşmasına səbəb olacaq:

Ekspert Rəşad Həsənov vergi dərəcələrində bu cür artımların illeqal dövriyyənin formalaşmasına səbəb olduğunu deyib. Bu isə ucuz və keyfiyyətsiz məhsullardan istifadə edənlərin sayını artırır:

Dövlət Vergi Xidmətinin nümayəndəsi İsmayıl Bağırov isə “MediaPost”a açıqlamasında bildirdi ki, bəzən vergi dərəcəsinin artırılması vergidən yayınma hallarına meyilliliyi artıra bilir:

İsmayıl Bağırov həmçinin əlavə edib ki, vergi dərəcələri çox yüksək olmadıqda vergiödəyiciləri cərimələnməmək üçün ödənişlərini edir, bu da son nəticədə büdcə gəlirlərini artırır. Vergi Məcəlləsində dəyişikliklər əsasən vergidən yayınmanın qarşısının alınması vasitəsilə büdcə gəlirlərinin artmasına şərait yaradır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 436,7 milyon manatlıq tütün məmulatları istehsal olunub, 85,512 milyon dollarlıq tütün və tütün məmulatları idxal olunub. Həmçinin ötən il ərzində pərakəndə ticarət şəbəkəsində 2,169 milyard manatlıq içkilər və tütün məmulatları satılıb.