AKP prezident seçkilərində Ərdoğanın namizədliyini iləri sürdübackend

AKP prezident seçkilərində Ərdoğanın namizədliyini iləri sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb.

TİA.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik danışıb.

Mövcud olmayan seçkinin təhlükəsizliyi ilə bağlı müxalifət tərəfindən qara təbliğat aparıldığını ifadə edən Çelik, Xalq Alyansının namizədinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib.