“Akkord”un 3 şirkəti kapitalını azaldır: – 5 milyon manatlıq kiçilməbackend

“Akkord”un 3 şirkəti kapitalını azaldır: – 5 milyon manatlıq kiçilmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Akkord Nəqliyyat”, “Körpü Tunel Tikinti” və “Hydraulic Mechanisms Company” MMC-lər nizamnamə kapitalını azaldır.

“Ölkə.Az” xəbər verir ki, “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalı 4 122,985 min manat və ya 2,4 dəfə, “Körpü Tunel Tikinti” MMC nizamnamə kapitalı 8,067 min manat və ya 0,1%, “Hydraulic Mechanisms Company” MMC-nin kapitalı isə 503,637 min manat və ya 8,5% azaldılır.

Bununla da şirkətlərin nizamnamə kapitalı müvafiq olaraq 2 887,361 min manat, 7 179,108 min manat və 5 425,750 min manata endirilir.

Qeyd edək ki, “Akkord Nəqliyyat” və “Körpü Tunel Tikinti” şirkətləri 2015-ci ildə dövlət qeydiyyatına alınıb və hüquqi ünvanları Bakı şəhəri Nərimanov rayonu, Teymur Əliyev, ev 59-dur.

“Akkord Nəqliyyat” MMC-nin qanuni təmsilçisi Məmməd-Bağırov Sərxan İlham oğlu, “Körpü Tunel Tikinti” və “Hydraulic Mechanisms Company” MMC-lərin qanuni təmsilçisi isə Cavad Talıbovdur.