Akif Mustafayev vəfat etdibackend

Akif Mustafayev vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əməkdar mühəndis”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin eks-müşaviri Akif Mustafayev vəfat edib.
Bu barədə  sözügedən ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib. O bildirib ki, A. Mustafayev koronavirusdan dünyasını dəyişib.
D. Şərifov qeyd edib ki, Akif Mustafayev 1 ildir ki, müşavir vəzifəsindən çıxıbmış: “O, öz ərizəsiylə işdən ayrılmışdı. Son 3  aydır ki, koronavirusdan əziyyət çəkirdi. Süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi”.
Qeyd edək ki, 67 yaşlı  A. Mustafayev uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.