Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıbbackend

Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

TİA.AZ-ın  məlumatına görə, sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.

Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.