Tribuna İnformasiya Agentliyi

Akif Çovdarov məhkəməyə zorla gətirildi

14 Noyabr

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TİA.AZ qafqazinfo-nun verdiyi xəbərə görə, hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Təqsirləndirilən şəxslərdən yalnız Akif Əliyev məhkəməyə gətirilib. Akif Çovdarovun səhhətində problemlər olmasına görə məhkəməyə gətirilməyib. Digər təqsirləndirilənlər də Penitensiar Xidmət tərəfindən məhkəməyə gətirilmədiyi üçün prosesdə fasilə elan olunub.

Məhkəmə prosesi bu gün saat 12:30-da davam etdiriləcək.

***

Məlumata görə, təqsirləndirilənlərdən Səlim Məmmədov və Orxan Osmanov prosesə gətirilir. Penitensiar Xidmət Akif Çovdarovun səhhətinə görə prosesə gətirilməsinin mümkün olmaması haqda məhkəməyə arayış təqdim edib.

***

Akif Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müvəkkilinin səhhərinə görə məhkəməyə gətirilməsinin mümkün olmaması barədə həkimlərin bildirişi qəbul edilməyib: “Akif Çovdarov məhkəməyə zorla gətirilib”.

A.Çovdarov vəkili ilə görüş tələb etdiyi üçün prosesdə fasilənin müddəti uzadılıb. Hazırda K.Nəsibov generalla görüşdədir.