Tribuna İnformasiya Agentliyi

Akif Əlizadə yenidən AMEA prezidenti seçildi

08 İyun
Akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildi.
 AMEA-dan verilən məlumata görə, AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında Akif Əlizadənin adının gizli səsvermə bülleteninə daxil edilməsi barədə qərar qəbul edilib.
Yığıncaqda, həmçinin Rəyasət Heyətinin yeni tərkibi seçilib.
Qeyd edək ki, A.Əlizadə 2013-cü ildən AMEA-nın prezidentidir.