backend

Akademik Zərifə Əliyevanın xatirəsi yad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı və  Mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir. 

Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı və  Mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Yığıncaqda rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Səhiyyə şöbəsinin, həkim və tibb işçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov açmış, sonra yığıncaq iştirakçıları öncə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftomoloq akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, sonra Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, akademik Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.

 

Z.Ə.Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Z. Ə. Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.

Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa o, Azərbaydanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarə də « Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.

Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
Zərifə xanım Əliyeva 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun cənazasi Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Böyük alimin adı əbədiləşdirilmiş, bu gün Bakıda Göz Xəstəlikləri İinstitutu, Naxçıvan şəhər poliklinkası, Bakının Binəqədi rayonunun ərazisində istirahət parkı, Bakı və Naxçıvanda küçə onun adını daşıyır. Azərbaycan xalqı onun xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.

Sonra məruzə ətrafında Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova,  uşaq xəstəxanasının həkim-pediatırı Arzu Əhmədova, tibb bacısı Samirə Hacıyeva, çıxış etmişlər.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov görkəmli oftomoloq alim, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycana Prezidentimiz İlham Heydər oğlu Əliyev kimi layiqli övlad bəxş edən, bütün analara nümunə təcəssümü olan Zərifə xanım Əliyevanın tibb sahəsində, xüsusilə göz xəstəlikləri və müalicəsi ilə bağlı əldə etdiyi yeniliklərin bu gün də tibb elmində davamlı şəkildə istifadə edilməsi barədə iştirakçılara geniş məlumat verərək tədbiri  yekunlaşdırmış, həkimlərimizə öz sənətlərini onun kimi sevməyi, insanların sağlamlığı keşiyində Zərifə xanım kimi dayanmağı tövsiyə etmişdir.