Tribuna İnformasiya Agentliyi

Akademik Ramiz Mehdiyev 80 yaşa çatdı

17 Aprel
Bu gün Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin doğum günüdür. Modern.az saytının məlumatına görə, Ramiz Mehdiyevin 80 yaşı tamam olur.
Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci il tarixində Bakı şəhərində anadan olub. 1957-ci ildə – 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib və “Xəzər neftdonanma” idarəsinin gəmilərində maşinist işləyib.
1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini S.Kirov adına  daşıyan Azərbaycan Dövlət Unversitetinə verib və Tarix fakültəsinə daxil olub.
1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev LKGİ-də təlimatçı vəzifəsində işləməyə başlayıb. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.
O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 10 ilə yaxın Rusiyanın ən elitar elm ocağında elm sahəsində işləyib. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edib. Bundan sonra R.Mehdiyev Azərbaycana qayıdıb. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlib. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir.Kommunist Kommunist Partiyasının üzvü olan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edib. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlib. O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunub.  İki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunub.
1978-ci ildə isə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilib. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdıb. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunub. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta – Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin ediblər.
1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edib. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlib. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyib. 1993-cü ildən fəlsəfə elmləri doktorudur.
1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edib.
2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq R.Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəridir. Həqiqi dövlət müşaviri olan Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib. Akademik 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı). 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.
17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə “İstiqlal” ordeni ilə təltif edilib.
16 aprel 2018-ci ildə isə 80 illik yubleyi ilə bağlı Prezident İlham Əliyev Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edilib.