Akademik Musiqili Teatrın “Arşın mal alan”ı evlərinizə gələcək – Videobackend

Akademik Musiqili Teatrın “Arşın mal alan”ı evlərinizə gələcək – Video

Karantin günlərində öz fəaliyyətini səhnədən çox-çox uzaqlarda, məhdud çərçivələrdə – ev şəraitində davam etdirən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti qarşıya çıxan çətinliklərə baxmayaraq, daha da əzmlə və yorulmadan çalışır, yeni-yeni layihələr üzərində işləyir.
Avropa.info xəbər verir ki, bu dəfə teatrın orkestr heyətinin müşayiəti ilə qızlardan ibarət xor və balet kollektivinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasından “Qızların xoru” geniş virtual auditoriya tərəfindən maraqla qarşılanıb.
Videorolikdə hər kəsin qərinələrdir ki, sevə – sevə baxdığı “Arşın mal alan” filminin  fraqmentlərindən də istifadə olunub.
Layihənin bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayevadır. Diqqəti cəlb edən və yüksək peşəkarlıqdan xəbər verən montaj işi teatrın video-anons rejissoru Hikmət Şahverdizadəyə məxsusdur.
Bəli, Akademik Musiqili Teatrın yaradıcılığını gözdən qaçırmayın, “Arşın mal alan” evlərinizə gələcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki