Ailənin tək oğlu Ümid Qubada torpağa tapşırıldı – Fotolarbackend

Ailənin tək oğlu Ümid Qubada torpağa tapşırıldı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Ümid Həsənov son mənzilə yola salınıb.

TİA.AZ xəbər verir ki, şəhidimiz Quba rayonunun İsnovqışlaq kənd qəbiristanlığında dəfn olunub. Ümid Həsənov rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümid Azərbaycan ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yeni işə başlamışdı. Ailənin tək oğlu olan Ümidin atası vəfat edibmiş. Ailədə anası və 2 bacısı ilə yaşayan Ümid Həsənov subay idi.

Allah rəhmət eləsin!

Amin Nəzərli