Tribuna İnformasiya Agentliyi

Ailə TV interneti gecələr niyə kəsir?

06 Mart

Son günlər Ailə NET fiber-optik internet provayder xidmətinin fəaliyyətində problem yaşanıb. “Qafqazinfo” xəbər verir ki, istifadəçilər sosial şəbəkələrdə provayderin saat 00:00-dan sonra internetində fasilə yarandığını yazıb. 

“Qafqazinfo” məsələylə bağlı “Caspian Telecom” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin mətbuat katibi Sabir Məşədizadə bildirib ki, bu gündən etibarən problem öz həllini tapacaq:

“Bəli, bizdən asılı olmayan səbəblərə görə, belə bir problem yaranmışdı. Axşam saat 12 tamam olan kimi, 5 dəqiqəlik bütün abunəçilərimizdə internet kəsilirdi. Abunəçi modemi söndürüb yandırdıqda daha uzun müddətli internetsiz qalırdı. Heç biz özümüz də belə bir problem gözləmirdik. Əməkdaşlarımız məsələylə məşğul olub və problem öz həllini tapıb. Artıq belə bir halın olması gözlənilmir”.