Aİ Ukraynanı birgə bərpa edəcək və Rusiyaya kömək edənlər cəzalanacaq – Qərarbackend

Aİ Ukraynanı birgə bərpa edəcək və Rusiyaya kömək edənlər cəzalanacaq – Qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa İttifaqı ölkənin bərpasını maliyyələşdirmək üçün Ukrayna ilə həmrəylik fondu yaratmaq qərarına gəlib.
TİA.AZ xəbər verir ki, bu barədə Aİ-nin Brüsseldə birinci günü başa çatan sammitinin bəyanatında deyilir.
TASS-ın xəbərinə görə, mətndən belə çıxır ki, “Avropa İttifaqı Rusiya hərbi əməliyyatı başa çatdıqdan sonra Ukrayna hökumətinə onun təcili ehtiyaclarını ödəmək, demokratik Ukraynanı bərpa etmək üçün dəstək verməyə sadiqdir”.
Aİ üzvləri həmçinin Ukraynaya siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirəcəklərini, ölkəyə qaz və elektrik enerjisinin fasiləsiz çatdırılmasını təmin edəcəklərini, Liviya və Suriyaya yardım göstərmək üçün mütəmadi olaraq keçirilən konfranslar kimi beynəlxalq donor konfransı keçirəcəklərini vəd ediblər. Aİ-nin bütün beynəlxalq tərəfdaşları bu prosesdə iştirak etməyə dəvət olunub.
Avropa İttifaqı həmçinin Rusiya və Belarusa qarşı sərt yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib və sanksiyalardan yayınması və ya hər hansı başqa yollarla Rusiyaya yardım göstərmək cəhdlərinin qarşısının alınacağıyla hədələyib.