Aİ: “Rusiyanın Ukraynada keçirdiyi “referendumları” və qanunsuz ilhaqı tanımırıq”backend

Aİ: “Rusiyanın Ukraynada keçirdiyi “referendumları” və qanunsuz ilhaqı tanımırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumları” və qanunsuz ilhaqı tanımır.

TİA.AZ xəbər verir ki, bu barədə ittifaqın bəyanatında bildirilib.

“Biz Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən qanunsuz ilhaqını qətiyyətlə rədd edir və birmənalı şəkildə pisləyirik. Qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozmaqla və Ukraynanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarını, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş əsas prinsiplərini açıq-aşkar pozmaqla, Rusiya qlobal təhlükəsizliyi riskə atır”, – Aİ-nin bəyanatında vurğulanıb.

Bildirilib ki, Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.