Aİ Rusiyanın əsas bankını SWIFT-dən ayırıbbackend

Aİ Rusiyanın əsas bankını SWIFT-dən ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketi çərçivəsində ölkənin əsas maliyyə qurumlarınan olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəlib.

TİA.AZ-ın xəbərinə görə, qərar Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.

“Sanksiyalar paketi Rusiyanın ən böyük bankı olan “Sberbank”ın SWIFT-dən kənarlaşdırılması kimi ciddi tədbiri də nəzərdə tutur” – deyə Aİ Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın 7 bankı SWIFT-dən kənarlaşdırılmışdı.