Aİ Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlibbackend

Aİ Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər.

TİA.AZ xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

“Rusiya neftinin Aİ-yə ixracını qadağan edən razılaşma. Bu, Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun döyüş maşını üçün böyük maliyyə mənbəyini kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq”, – o, tviterdə yazıb.

Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı liderləri həmçinin “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqləyiblər:

“Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”.