Tribuna İnformasiya Agentliyi

Aİ ölkələri miqrasiya ilə bağlı razılıq əldə edib

29 İyun

Avropa İttifaqına (Aİ) üzv olan 28 ölkənin dövlət və hökumət başçısı miqrasiya böhranı mövzusunda razılığa gəliblər.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən sammitdə 15 saatlıq danışıqlardan sonra Lüksemburqun baş naziri Ksavye Bettel deyib.

“Miqrasiya ilə bağlı razılıq əldə olunub”, – deyə o bildirib.