Aİ 20-dən çox Rusiya aviaşirkətini qara siyahıya saldı: 6-cı “neft paketi” gəlirbackend

Aİ 20-dən çox Rusiya aviaşirkətini qara siyahıya saldı: 6-cı “neft paketi” gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Komissiyası hava təhlükəsizliyinə görə Rusiyanın 21 aviaşirkətini “qara siyahı”ya salıb.
Qaynarinfo “Kommersant” qəzetinə istinadla xəbər verir ki, müvafiq qərar şirkətlərin təyyarələrinin “beynəlxalq təhlükəsizlik standartlarına” cavab verməməsi səbəbindən verilib.
“Avrora”, “Ural Airlines”, “Pobeda”, “Aeroflot”, “Rossiya”, “Utair” kimi şirkətlər sanksiyalara məruz qalıb.
Bundan başqa, məlum olub ki, Avropa İttifaqı Rusiyaya neft emalı və təbii qazın (LNG) mayeləşdirilməsi üçün avadanlıqların tədarükünə də sanksiyalar tətbiq edib. Belə ki, “İnterfaks” qeyd edir ki, artıq neft emalı və təbii qazın mayeləşdirilməsində istifadə üçün yararlı olan mal və texnologiyaların (göstərilən siyahıya əsasən) birbaşa və ya dolayı yolla satışı, tədarükü, ötürülməsi və ya ixracı Avropa Birliyindən çıxıb-çıxmamasından asılı olmayaraq, Rusiyada hər hansı bir şəxsə, şirkətə və ya ümumilikdə Rusiyada istifadə üçün göndərilməsi qadağandır.
Keçən cümə günü Avropa Şurası Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı artıq beşinci paket olan Aİ-nin yeni sanksiyalarının yekun təsdiqini elan edib.
Bu arada, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bu gün xəbərdarlıq edib ki, Aİ Rusiyaya qarşı “neft variantı” ilə altıncı sanksiyalar paketi üzərində işə başlayıb, – PRIME yazıb.