Ahıl qadını tövlədə saxlayan şəxs axtarılır – VİDEObackend

Ahıl qadını tövlədə saxlayan şəxs axtarılır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy Rayon Polis Şöbəsi ahıl qadının tövlədə bağlı vəziyyətdə saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Araşdırmalarla həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayonunun İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olduğu müəyyən edilib.

Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar edib.

Hazırda ahıl qadını bağlayan şəxs və ya şəxlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək.