Ağsunun seçimi – Dr. Araz Bayramova səs verək! Qoy layiqli insanlar qazansın!backend

Ağsunun seçimi – Dr. Araz Bayramova səs verək! Qoy layiqli insanlar qazansın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Araz Bayramov haqqında qısa məlumat.
“Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri Araz Bayramov 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə iştirak edəcək. Onun namizədliyi 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürülüb.
Xatırladaq ki, Araz Bayramov ölkəmizin tanınmış cərrahlarından biridir və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür. Ölkəmizdə ilk dəfə olaraq Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını icra edib. Fransada Azərbaycan dövlət proqramı məzunu olub. 2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” elan olunub.
Fransada təhsil alan məzunları öz ətrafında birləşdirən “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri olaraq hələ Fransada təhsil aldığı və çalışdığı illərdən aktiv ictimai fəaliyyətlə məşğul olub. 2009-cu ilin dekabrında Heydər Əliyev Fondunun “Euronews” telekanalının qarşısında keçirdiyi aksiyanın əsas təşkilatçısı olub.
Avropa mətbuatında Azərbaycan həqiqətlərinin yayılması istiqamətində məqalələri dərc olunub və Fransanın Azərbaycandakı səfirliyində tibbi məsləhətçi işləyib. Fransada Lyon şəhərinin Deputatı Jean Michel Dubernarın CHU Lyon üzrə köməkçisi və koordinatoru kimi çalışıb. Fransız, İngilis və rus dillərində sərbəst danışır.
Araz Bayramovun seçki qərargahı