Ağsuda fəhlə iş başında öldübackend

Ağsuda fəhlə iş başında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 2-də Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağsu Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.