Ağstafanın keçmiş başçısı təqsirini qismən etiraf etdibackend

Ağstafanın keçmiş başçısı təqsirini qismən etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org bildirir ki, prosesdə ittiham aktı elan edilib. Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.

Prosesdə iş üzrə 21 şahid dindirilib. Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.