Ağstafa rayonuna yeni təyin olunan icra başçısı kimdir? — DOSYEbackend

Ağstafa rayonuna yeni təyin olunan icra başçısı kimdir? — DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Seymur Orucov Ağstafa rayonuna yeni icra başçısı təyin olunub.
TİA.AZ  xəbər verir ki, Orucov Seymur Vaqif oğlu 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olmuşdur.
2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur.
2007-ci ildə magistraturanı bitirmişdir.
Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur.
2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almışdır.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.
2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilmişdir.
Ailəlidir.