“Ağlayaraq zəng edirdilər ki, orqanlarımızı sizə bağışlayaq”- Ağadadaş Ağayevbackend

“Ağlayaraq zəng edirdilər ki, orqanlarımızı sizə bağışlayaq”- Ağadadaş Ağayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənə maddi və mənəvi dəstək olmasaydılar, bu gün burada olmayacaqdım. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm. Xalqımızı çox sevdiyimi bilirdim. Bu hadisələrdən sonra başa düşdüm ki, az sevmişəm. Şərhləri oxuyurdum, gözəl sözlər yazırdılar”.

Bu sözləri xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev “Günün sədası” proqramında deyib. Türkiyədə üç dəfə əməliyyat olunan və ötən gün Bakıya qayıdan müğənni xəstəliyindən danışıb:

“Bundan sonra aktiv musiqi fəaliyyətinə başlayacam. İnsanların rəyini oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Bilmirdim ki, bizim xalqımız öz sənətkarına bu qədər sevgi bəsləyir. Diaqnozumu bilən kimi özümü Allaha təslim etdim.

Dedim ki, 65 il mənə şan-şöhrət, sevgi vermisən. Dürüst yaşamışam. Xəstəlikdən sonra insanın dünyaya yanaşması fərqli olur. Mən 4 dəfə əməliyyat olundum. Bildim ki, Allah sevgisi olmasa, bu işin içindən çıxmaq mümkün deyil.

Allah insanı xüsusi sevgi ilə yaradır. Allahın mərhəmətindən bizə də pay düşür. Sözlə ifadə etmək olmur, bəzi şeyləri yaşamaq lazımdır.

Həyatımda ilk dəfə bu qədər müddətdə ölkəmdən uzaq düşdüm, üç ay müalicə aldım. İnsanlar mənə zəng edirdilər ki, orqanlarını bağışlasınlar. Telefonda danışarkən ağlayırdılar”.