Ağır xəstəliyi üzə çıxan Şeyx Əbdül: “Canımla əlləşirəm, heç kəs inciməsin”backend

Ağır xəstəliyi üzə çıxan Şeyx Əbdül: “Canımla əlləşirəm, heç kəs inciməsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb.
Bu barədə o özü məlumat verib. Xalq artisti ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib:
“Çox ağır günlər keçirirəm. Mədə-bağırsaqda güclü qanaxma başlamışdı. Bundan sonra koronavirusa yoluxdum. İndi müalicə olunuram. Həkimlər çox böyük diqqət göstərir, sağ olsunlar, ümid edirəm əziyyətləri heçə getməz. Həkimlər mənə televiziyalara çıxmağa qadağa qoyub, deyirlər ki, yenidən koronavirus yoluxsan, öləcəksən. İnciyirlər, amma neyənim, özümü qorumalıyam. İndi canımla əlləşirəm, heç kəs inciməsin”.
Şeyx Əbdül Mahmudbəyov deyir ki, keçirilən bütün tədbirlərə dəvət alır, amma orada iştirakdan imtina edir:
“Ancaq telefon sağ olsun, dostlarla danışıram, dərdləşirəm”.