Tribuna İnformasiya Agentliyi

Ağır atletika yığmamız dünya çempionatına yollandı

31 Oktyabr

Sabah Türkmənistanın paytaxtı Aşqabadda kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər.

Sizi komandamızın heyəti ilə tanış edirik: Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi 73 kq), Kənan Əliquliyev (81 kq), Tərmenxan Babayev (89 kq).

Qeyd edək ki, dünya çempionatı noyabrın 10-da başa çatacaq.