Agentlik rəsmisi saytlara dəstək layihəsində qaranlıq qalan məqamlara aydınlıq gətirdibackend

Agentlik rəsmisi saytlara dəstək layihəsində qaranlıq qalan məqamlara aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli agentliyin onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsində qaranlıq qalan məqamlara aydınlıq gətirib.
TİA.AZ həmin sualları və onlara verilən cavabları təqdim edir.
– Texniki işçi kateqoriyasına hansı işçiləri aid edirlər?
– Kütləvi informasiyanın məzmununu yaratmayan redaksiya əməkdaşları texniki işçi sayılır.  Məsələn, bu qəzetlərin nümunəsində korrektor, ədəbi redaktor, dizayner ola bilər, veb-saytlarda isə veb-master, texniki dəstəkçi və s. texniki işçi sayıla bilər.
– Müsabiqə Qaydalarının 4.2-ci maddəsində qeyd olunub ki, üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olanlar müsabiqəyə qatıla bilməz…
– “4.2. Kütləvi informasiya azadlığından sui-istifadəyə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan onlayn media subyektləri (veb-saytlar) müsabiqəyə buraxılmır”.  Söhbət müsabiqəyə qədərki 1 il ərzində olan müddətdən gedir.
– Hazırda qüvvədə olan və hələ yerinə yetirilməmiş qərardan söhbət gedir, yoxsa nə vaxtsa olan məhkəmə qərarları da buna aiddir?
– Əgər müsabiqə elan olunan günə qədərki 1 il ərzində barəsində məhkəmə qərarı yoxdursa, müsabiqəyə qatıla bilər.
– Məhkəmə qərarlarının konkret hansı maddələri əhatə etməsi ilə bağlı bir izahat varmı?
– Söhbət ümumi məhkəmə qərarından gedir.