Ağdamda 6 nəfər minaya düşüb, onlardan biri ölüb – SİYAHIbackend

Ağdamda 6 nəfər minaya düşüb, onlardan biri ölüb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunda 6 nəfər minaya düşüb.

Hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu – 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri – Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.