Tribuna İnformasiya Agentliyi

AĞDABANSIZ 25 il

08 Aprel

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər. 

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər.

Bu soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır.

Aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb. Soyqırım zamanı kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib.
 

İlahə