Tribuna İnformasiya Agentliyi

“Ağdərili olsaydım, problemim az olardı” – Balotelli

06 Aprel

“Bir neçə dəfə azarkeşlər mənə qışqırıb ki, qara italyan olmur. Ancaq mən bunun əksini sübut etmişəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin sabiq üzvü Mario Balotelli deyib.

“Nitsa”nın hücumçusu İtaliya mətbuatına açıqlamasında bu ölkədə ona olan münasibətdən razı olmadığını bildirib: “Mən İtaliyada anadan olmuşam, orada böyümüşəm, o ölkənin qanunları ilə yaşamışam. Ancaq bütün bunlara baxmayaq, yalnız 18 yaşımdan sonra italiyalı olmuşam. Ədalətsiz qanundur. Çoxları hələ də qaradərililəri lazımsız hesab edir. İtaliya irqçi ölkə deyil. Ancaq orada da irqçilər var. Məncə, ağdərili olsaydım, problemim az olardı. Məsələn, səhvim olanda azarkeşlər məni daha tez bağışlayardılar”.

Qeyd edək ki, 27 yaşlı hücumçu İtaliya millisinin heyətində 33 oyun keçirib və 13 qol vurub.