Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1949-cu il təvəllüdlü xəstə ETACXİ-na 06.03.2020-ci il tarixində saat 22.45-də Göyçay RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib.
Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 19.00-da xəstədə bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.