Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıbbackend

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

TİA.AZ xəbər verir ki, Quba rayon sakini 1964-cü il təvəllüdlü xəstə aprelin 29-u günorta saatlarında ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülməsinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək çatışmazlığı, kəskin tənıffüs çatışmazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, sağ tərəfli ekssudativ plevritlə fəsadlaşma.VMB(+), kaxeksiya 3” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.