Ağcabədinin icra başçısının adından saxta məlumat yayıblarbackend

Ağcabədinin icra başçısının adından saxta məlumat yayıblar

“Bu, həqiqətə uyğun olmayan bir məlumatdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı belə bir açıqlama verməyib. Bu tip saytlar ayrı-ayrı sifarişləri yerinə yetirən şəxslər tərəfindən idarə olunur”.

Bu fikirlər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən saytımıza göndərilən açıqlamada yer alıb. Bildirilir ki, “Gununsesiaz.info” saytında icra başçısının adından açıqlama yerləşdirilib. Qeyd olunur ki, Rafil Hüseynov bu sayta açıqlama verməyib və onun adından yazılanlar böhtandır. Məlumatda o da vurğulanır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının adından yayılan saxta məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək: “Hesab edirik ki, bu tip təxribatlar ölkəmizdəki ictimai-siyasi sabitliyi zəiflətmək üçün atılır. Belə böhtan xarakterli məlumatları sifariş verənlər və onları yayanlar cəzalandırılmalıdır ki, Azərbaycandakı əmin-amanlığa, insanların təhlükəsiz şəraitdə yaşamasına, fəaliyyət göstərməsinə hər hansı xələl gəlməsin”.

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki