Tribuna İnformasiya Agentliyi

Ağcabədidə 34 yaşlı kişi özünü yandırdı

10 Mart

TİA.AZ APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü Bəhruz Süleyman oğlu İbrahimov yaşadığı evin yaxınlığında üzərinə neft məhsulu tökərək özünü yandırıb. Dərhal xəstəxanaya çatdırılan B. İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, B. İbrahimov psixi xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.