“AGBank”da yarım milyonluq mənimsəmə – sabiq deputatın adamları hakim qarşısındabackend

“AGBank”da yarım milyonluq mənimsəmə – sabiq deputatın adamları hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun dostu, sabiq deputat Çingiz Əsədullayevin yaxın adamları hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda mənimsəmədə ittiham edilirlər.

Musavat.com xəbər verir ki, “AĞBank” ASC-də külli miqdarda mənimsəmədə təqsirli bilinən vəzifəli şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır. Onlar Ruslan Quliyev, Pərviz Fərzəliyev və Namiq Həmidovdur. Məhkəmə araşdırması hakim Azər Paşayevin sədrliyi ilə davam edir.

Məlumata görə, Namiq Həmidov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Adı çəkilən üç şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Onların “AĞBank” ASC-nin 2012-2016-cı illər ərzində vəzifəli şəxslər olublar. Bu müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək “AG Bank” ASC-yə ciddi maddi ziyan vurublar.

Onların tamah məqsədi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Hər üç şəxs barəsində həbs qətimikan tədbiri seçilib. Onlar ümumilikdə, 536 min 428 manat mənimsəmədə təqsirli bilinir.

Qeyd edək ki, “AGBank”ın rəhbəri Çingiz Əsədullayevdir. Əsədullayev Ağdaş seçki dairəsinin deputat idi. Eldar Mahmudov işdən çıxarılandan soran Əsədullayev də mandatını itirdi.