Ağadadaş Ağayevin keçmiş gəlinindən şok açıqlama: Canlı yayıma çıxıb…backend

Ağadadaş Ağayevin keçmiş gəlinindən şok açıqlama: Canlı yayıma çıxıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti Ağadadaş Ağayevin keçmiş gəlini Quteyis Ağayeva TikTok-da aparıcı Azər Zahidlə canlı yayıma qoşulub.
TİA.az Axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə “Djlui” adı ilə tanınan Quteyis Ağayeva ayrıldığı həyat yoldaşı ilə barışmaq istədiyini deyib. O bildirib ki, bu nikahdan 6 yaşında qız övladı var:
“Ailəmi birləşdirmək istəyirəm. Mümkün deyil. Övladıma görə istəyirəm. O insana görə köçmüşəm bura (ağlayır). Məni heç kim başa düşə bilməz. Hazırda Bakıda təkəmsə, onun ucbatındandır. Həm nifrət edirəm, həm də çox istəyirəm. Kim istəyər ki, ailəsi dağılsın? Qız övladıma görə hər şeyə razı olaram. Qızı böyütmək çox çətindir, ataya bağlı olur. Hər dəfə harasa görəndə atayla qız uşağı görəndə pis olur. Onun pis olması məni öldürüb dirildir. Buna görə də vicdan əzabı çəkirəm”.
Qeyd edək ki, A.Ağayevin dörd oğul, bir qız övladı var. Müğənni üç dəfə ailəli olub. O, hazırda Türkiyə vətəndaşı olan xanımla evlidir.