“Ağ ölüm”ün “qara bəla”sı: Narkotikə görə öldürən ölkələr – ARAŞDIRMAbackend

“Ağ ölüm”ün “qara bəla”sı: Narkotikə görə öldürən ölkələr – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə son günlər narkotik maddələrə meyillilik artmaqdadır. Bu “ağ ölüm”ə gedən yolda isə ən çox görülən şəxslər uşaqlar və gənclərdir.

Ümumiyyətlə, bütün dünyada narkotik bəşəriyyətin ən böyük bəlalarından biri hesab edilir.

Bəzi ölkələr narkotik maddələrin istifadəsini leqallaşdırsa da, bəziləri istifadə edən şəxslər üçün qanunvericiliyində ağır cəzalar nəzərdə tutub.

Maraqlıdır, hansı ölkələr narkotik vasitələrdən istifadə üçün ağır cəzalar verir?

Cebhe.info bununla bağlı araşdırma aparıb.

*İran
İranda “ağ ölüm”lə mübarizə üsulu kimi edam cəzası seçilib. Belə ki, ölkədə hər il narkotik vasitələrlə bağlı ittihamlar əsasında yüzlərlə adamı edam edir.

*Filippin
Filippində narkotik vasitələrdən istifadə səbəbilə ölüm hökmü 2006-cı ildə ləğv edilib. Hökümətin ölüm cəzasını bərpa etmək cəhdləri bu günə qədər uğursuz olub. Ancaq polisə narkotacirləri öldürmək səlahiyyəti verilib.

Filippin Prezidenti Rodriqe Duterte 30 iyun 2016-cı ildə hakimiyyəti ələ aldığı gündən bəri minlərlə insanın ölümünə səbəb olan “Narkotacirlərə qarşı müharibə” başladıb.

O bildirib ki, “Sərt xətt taktikası”nın işlədiyinə şübhə etmir.

Duterte 2017-ci ildə bir gecədə 32 nəfərin ölümü ilə nəticələnən narkotik əməliyyatından sonra təhlükəsizlik qüvvələrinə “Hər gün 32 nəfəri öldürə bilsək, ölkənin problemlərini azalda bilərik” demişdi.

Filippin hökumətinin 2016-cı il 1 iyul, eləcə də 2018-ci il 30 noyabr tarixli məlumatlarına görə, narkotik ticarəti ilə məşğul olan insanlara qarşı keçirilən əməliyyatlarda ümumilikdə 5050 nəfər öldürülüb.

Lakin “Human Rights Watch” təşkilatının açıqladığı statistikaya görə, bu rəqəm 12 minə çatır.

*Əfqanıstan
Əfqanıstan da narkotik maddənin qəbulu və satışı ilə məşğul olan şəxslər üçün ölüm cəzası müəyyənləşidirib. Son illər bu ölkədə narkotika istifadəçisi xeyli sayda artıb. 2017-ci ildə BMT-nin Narkotiklər və Cinayətlər İdarəsinin illik hesabatına görə, Əfqanıstanda tiryək əkini üçün istifadə edilən sahələrin həcmi rekord həddə – 328 min hektara çatıb. Hesabata əsasən, bu əkin sahələri bir il ərzində 63% artıb. İdarə sonuncu dəfə tiryək əkini sahəsində rekord göstəricinin 2014-cü ildə qeydə alındığını bildirib.

O zaman Əfqanıstanda 104 min hektar ərazidə narkotik vasitə əkilib.

*Çin
Çin də “ağ ölüm”lə mübarizənin yeganə yolunu ölüm cəzasında görüb.

Lakin narkotiklə əlaqəli edam cəzalarının hesabatını tam olaraq təqdim etmir. Çin bunu dövlət sirri olaraq saxlayır və nə qədər ölüm hökmünün verildiyi və həyata keçirildiyi barədə müstəqil araşdırmalara icazə vermir.

Bu səbəbdən, “Amnesty International”ın elan etdiyi dünyadakı bilinən ölüm cəzası tətbiqetmə sayına Çindəki tətbiqlər daxil deyil.

Bunun əksinə olaraq, Çində hər il minlərlə insanın edam edildiyi təxmin edildiyi üçün Çin ən çox ölüm hökmü çıxarılan ölkə olaraq qalır.

*Misir
Misirdə də narkotik satma ilə bağlı ən sərt cəza kimi edam hökmü seçilib. Hər il minlərlə insan edam olunur.

*Səudiyyə Ərəbistan
Səudiyyə Ərəbistanın qanunlarına görə, ölüm hökmü narkotik maddə daşıyan və ticarət edənlərə tətbiq olunur. Ağır cəzaya baxmayaraq, ölkədə hər il minlərlə insan narkotik alverinə görə tutularaq məhkəməyə gətirilir.