Ağ Evdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm AÇIQLAMAbackend

Ağ Evdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya qüvvələrinin Ukraynadakı fəaliyyətinin gələcək inkişafı aylarla çəkə bilər.
Bunu ABŞ Prezidentinin müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, ABŞ administrasiyası xüsusi əməliyyatın müddətini dəqiq proqnozlaşdıra bilmir.
Ağ Evin mətbuat katibi Cen Psaki, öz növbəsində, ABŞ-ın Rusiya ilə danışıqlarda Ukraynanın mövqeyini dəstəkləmək və gücləndirmək niyyətini açıqlayıb. Bununla yanaşı, o bildirib ki, Moskva ilə danışıqlarda şərtləri yalnız ukraynalılar və ölkələrin liderləri müəyyən etməli olacaqlar. Onun sözlərinə görə, Amerika tərəfinin dəstəyinə iqtisadi və hərbi yardım daxildir.
“Ancaq danışıqlar baxımından və onlar üçün nəyin əlverişli olacağı nöqteyi-nəzərindən biz onları dəstəkləmək niyyətindəyik, biz bunu (Rusiya ilə danışıqların gedişi – RBC) qabaqcadan mühakimə etmək fikrində deyilik”, – deyə Psaki vurğulayıb.