Ağ Ev Rusiyanı terrorizmin sponsoru elan etmək istəyirbackend

Ağ Ev Rusiyanı terrorizmin sponsoru elan etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Rusiya hökumətini terrorizmin sponsoru kimi tanımaq variantını nəzərdən keçirməyə hazırlaşır. DİA.AZ reyting.az-a istinadən xəbər verir ki, bu barədə Konqresin rəsmi saytında məlumat yayımlanıb.

Məlumatda deyilir ki, hər altı aydan bir ABŞ dövlət katibi Konqresin müvafiq komitələrinə Rusiya hökumətini terrorizmi maliyyələşdirən dövlət olaraq tanımaqdan ötrü tələb və meyarlara cavab verdiyi barədə hesabat təqdim edir.

Həmçinin qeyd olunur ki, dövlət katibi beynəlxalq münasibətlər və xarici əlaqələr üzrə komitələrə məlumatları təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, Rusiyanı terrorizmin sponsoru kimi tanınmaq təklifi ABŞ senatorları tərəfindən Moskvanın Ukraynaya qarşı təcavüzkar davranışları səbəbindən irəli sürülüb. Amma RF-nin Federasiya Şurasında belə bir təşəbbüsü kəskin tənqid ediblər. “360” telekanalının bu günlərdə verdiyi xəbərə görə, Rusiya XİN-nin rəsmi təmsilçisi Mariya Zaxarova Ağ Evin bu ideyasını ədəbsizlik adlandırıb.