Ağ Ev: “Polşanın Ukraynaya təyyarə verməsinə qarşı çıxmayacağıq”backend

Ağ Ev: “Polşanın Ukraynaya təyyarə verməsinə qarşı çıxmayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Polşa Ukraynaya öz qırıcılarını verməklə bağlı qərar qəbul etsə, ABŞ buna qarşı çıxmayacaq”.
TİA.AZ  xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“Biz Polşa ilə bu məsələ üzərində işləyirik. NATO-dan olan başqa müttəfiqlərimizlə məsləhətləşərik. Bu, Polşanın suveren hüququdur. Polşanın Ukraynaya təyyarələr verməsi ilə bağlı qərarına qarşı heç bir şəkildə çıxış etməyəcəyik. Bir sıra praktik məsələlər var: Polşa Ukraynaya həmin təyyarələri necə ötürəcək? Bu, çox vacib məsələdir”, – C.Psaki bildirib.
O əlavə edib ki, keçmiş sovet təyyarələrinin yerinə ABŞ qırıcılarının Polşaya verilməsi uzun vaxt aparacaq.