Tribuna İnformasiya Agentliyi

Afrində 3200-ə yaxın terrorçu zərərsizləşdirilib – FOTO

10 Mart

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.

Milli.Az Türkiyə Silahlı Qüvvələrinin rəsmi Twitter səhifəsinə istinadla xəbər verir ki, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 3195 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.