Tribuna İnformasiya Agentliyi

Afrin: 3300 terrorçu öldürüldü

12 Mart
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror əməliyyatı 52 gündür ki, davam edir.
 
TİA.AZ Türkiyə KİV-inə istinadən xəbər verir ki, 20 yanvarda start götürən “Zeytun Budağı” əməliyyatında TSQ və Azad Suriya Ordusu PKK-PYD və İŞİD terror təşkilatlarına qarşı mübarizə aparır.
Dünən 18 bölgə terrorçulardan təmizlənib. “135-ci alay” adlı hərbi baza TSQ nəzarətinə keçib. Afrin şəhər mərkəzinə sadəcə 1,5 km ərazi qalıb. Zərərsizləşdirilən terrorçuların sayı isə 3300 nəfərdir.