Tribuna İnformasiya Agentliyi

Afrikanın öz “avro”su ola bilər

10 Avqust

Misirin Mərkəzi Bankının sədri Tarik Əmir bəyan edib ki, Afrika ölkələri bütün qitə üçün vahid mərkəzi bank və valyuta yaradılması məsələsini nəzərdən keçirirlər.

TİA.AZ-ın veridiyi xəbərə görə, Əmir vahid Afrika valyutasının yaradılması üçün ən azından 25 il tələb olunduğunu deyib. Afrikanın Mərkəzi banklar Assosiasiyası isə artıq müvafiq tənzimləyici qaydaların tərtibinə başlayıb.

Misirin Mərkəzi Bankının sədri qeyd edib ki, sözügedən planların həyata keçməsi üçün “Afrika dövlətləri liderlərinin razılığı və siyasi iradəsi, həmçinin müəyyən iqtisadi və maliyyə göstəricilərin əldə olunması tələb edilir”.