Tribuna İnformasiya Agentliyi

Afrika ölkəsində nümayişlər çox sayda ölümə səbəb oldu

28 Dekabr
Afrika ölkəsi Sudanda çörək, yanacaq və s. vacib ehtiyaclara tətbiq edilən qiymət artımları etirazlara səbəb olub.
Qaynarinfo xəbər verir ki, 19 dekabrdan bəri davam edən etirazlar bu günə qədər 19 nəfərin həyatına son qoyub, 406 nəfər yaralanıb. Həyatını itirənlərin 2-si, yaralananların isə 219-u təhlükəsizlik əməkdaşlarıdır. Beynəlxalq Əfv Komissiyası ölü sayının 37 olduğunu bildirir.
Sudan informasiya naziri Bişara Cuma Arur 15 yanvardan sonra qida, yanacaq və valyuta qıtlığının aradan qaldırılacağını açıqlayıb.
Qeyd edək ki, etirazlar əvvəlcə ölkədəki iqtisadi vəziyyət əleyhinə başlamışdı, sonra hökumətə qarşı aqressiv aksiyalara çevrilib.
Qeyd edək ki, Sudan hökuməti jurnalist və müxalif partiyaların üzvlərinə tətbiq etdiyi zorakılıqlarla ad çıxarıb.