Afinada naməlum şəxs Saakaşvilinin başına bir neçə zərbə endirdibackend

Afinada naməlum şəxs Saakaşvilinin başına bir neçə zərbə endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 31 oktyabr Gürcüstan parlamentinə seçkilər öncəsi gürcü diasporunun nümayəndələri ilə görüşmək üçün gəldiyi Afinada hücuma məruz qalıb.

TİA.AZ xəbər verir ki, bu haqda məlumatı “Vzqlyad” qəzeti yayıb.

Mənbə bildirir ki, iclasın keçiriləcəyi kinoteatrın yaxınlığında kapşyonlu naməlum şəxs izdihamın arasından Saakaşviliyə tərəf çıxaraq onun başına bir neçə zərbə endirib.

Hadisənin baş verdiyi ərazidə çaxnaşma başlayıb, Afina rəhbərliyi hadisə yerinə xüsusi qüvvələr göndərib.

“Mənə xəbərdarlıq etdilər ki, Yunanıstana getməyim, amma gedəcəyəm, məni yaxşı tanımırlar! Yunanıstanda, sonra isə Gürcüstanda görüşəcəyik!”. Saakaşvili əvvəlcə bəyan etmişdi.

O, Tiflisdəki səlahiyyətlilərin Avropadakı cinayətkarlarla əlaqəli olduğunu deyib.

Daha əvvəl news.ru Kiyevdəki restoranda bir nəfərin Saakaşviliyə hücum etdiyini bildirmişdi. O, Gürcüstanın keçmiş prezidentinə yaxınlaşaraq təhdid etməyə başlayıb.

Müəssisənin mühafizəçiləri və işçiləri polis çağırsalar da təcavüzkar qaçmağı bacarıb.

Qeyd edək ki, Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. İstefa verərək vətənini tərk edib. Gürcüstan hakimiyyəti onu siyasi motivli adlandırdığı dörd cinayət işində axtarır (iki işə qiyabi hökm verilib). Keçmiş prezidenti ölkəyə gələcəyi təqdirdə 11 il həbs cəzası gözləyir.