AFFA-dan Medvedevlə bağlı karikaturaya reaksiya – FOTObackend

AFFA-dan Medvedevlə bağlı karikaturaya reaksiya – FOTO

Tanınmış karikaturaçı Omar Momani futbol üzrə Azərbaycan millisinə karikatura həsr edib.

“MediaPost” xəbər verir ki, o, karikaturanı “İnstagram” səhifəsində paylaşıb.

Momani paylaşımına “İndi gülə bilərsən, kapitan. Afərin, Maks!” şərhini yazıb.

Karikaturada Kiprlə oyunda millimizin qələbə topunu vuran Maksim Medvedevin təyyarənin sükanı arxasında gülümsəməsi əks olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da Momaninin karikaturasına reaksiya verib. Karikatura AFFA-nın rəsmi səhifəsində paylaşılıb və “Yaxşı alındı, kapitan!” qeydi yazılıb.

Xatırladaq ki, sentyabrın 8-də UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupu çərçivəsində baş tutan qarşılaşmada Azərbaycan 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolu 29-cu dəqiqədə millimizin kapitanı Maksim Medvedev vurub.

AFFA-dan Medvedevlə bağlı karikaturaya reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki