AENTE-E MMC-dən Prezidentə şikayətbackend

AENTE-E MMC-dən Prezidentə şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzun Qovlar şəhər sakini Lətifə Hüseynova redaksiyamıza maraciət edərək, AENTE-E MMC tərəfindən aldadıldığını bildirib.

Qaynarinfo xəbər verir ki, Lətifə Hüseynova AENTE şirkəti tərəfindən inşa edilən binadan üç otaqlı mənzil alıb. Sonradan məlum olub ki, ortada 400 nəfərə yaxın zərərçəkmiş var. Yəni, bir mənzil bir neçə nəfər satılıb. Uzun məhkəmə çəkişmələrindən sonra AENTE-E MMC-nin direktoru Əkbər Cəfərovun imzasıyla onlara binanın aşağı hissəsində əlavə ödəniş alınmaqla obyekt verilib. Hüseynovlar ailəsinin əlində hazırda obyektin rəsmi sənədləri olmasına baxmayaraq, qanuni əmlaklarına daxil olmalarına icazə verilmir.

Lətifə Hüseynova bununla bağlı Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

Mən, Lətifə Hüseynova Tovuzun Qovlar qəsəbəsinin sakiniyəm. 33 ildir pedoqoji fəaliyyətlə məşğulam. Hazırda iki oğlum Rahib və Emin Hüseynovlar 6 saylı cəzaçəkmə məntqəsindədir. Həyat yoldaşım 68 yaşlı İsmayıl Hüseynov yataq xəstəsidir. Məhkəmə saxtakarlığıyla üzləşmişik.

Bakıda, Gəncə prospektində AENTE-E şirkətininin inşa etdiyi binada üç otaqlı mənzil almaq üçün qeydiyyatdan keçmişdik. Bir neçə il ərzində 72000 AZN pul ödədik. Daha sonra mənzilin 4-5 adama satıldığını öyrəndik. AENTE-E şirkətini məhkəməyə verdik. Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədov tikinti şirkəti rəhbərliyinin xeyrinə qərar çıxardı. Tofiq Səmədov qərardan narazı qalan şikayətçilərə “kimə istəyirsiniz şikayət edin” deyə cavab verdi. Həyat yoldaşım uzun illər sahibkarlıq fəaliyyətiylə məşğul olub. Eyni zamanda “Qızıl Qələm” mükafatı lauretı və Yazıçılar Birliyinin üzvüdür.

“Arsenal” adlı ailə fermer təsərrüfatı yaratmışdıq. Təsərrüfatda 10000 xırdabuynuzlu və 1000 baş iribuyunuzlu cins inək var, 60 hektar da pay torpağımız olub. Hazırda əlimizdə bir quzu da qalmayıb. Ailə təsərrüfatımız planlı şəkildə əlimizdən alınıb.

Tovuzda Qovlar şəhərinin Kazım Məmmədov 49 A ünvanında həbsdə olan oğlanlarımdan birinin adına ev yerləşir. Sözügedən ev həm də ata-baba yurdumuz sayılır. Daha sonra hakim Tofiq Səmədov evə həbs qoydurub. Yeganə evimiz əlimizdən alına bilər. Nazirlər Kabinetinin də qərarı var ki, tək evə həbs qoyula bilməz.

Cənab Prezident, həyat yoldaşım Tovuzun tanınmış iş adamlarından olub. Ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə onun tapşırığıyla Tovuzda təsərrüfat qurub. Sizin və Ümumilli liderimizin Prezident Sarayında çıxış etdiyi iclaslarda iştirak edib.

Cənab Prezident, sizdən bizə yardım etməyinizi xahiş edirik. Əgər, yeganə evimizdə əlimizdən alınarsa, qalacaq yerimiz yoxdur”.