Adnan Oktarın villasına basqın anı – Videobackend

Adnan Oktarın villasına basqın anı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 iyulda səhər saatlarında həbs edilən Harun Yəhya adı ilə tanınan Adnan Oktarın villasına basqın anının görüntüləri yayılıb.

“Qafqazinfo” “Kanal D”yə istinadən xəbər verir ki, xüsusi təyinatlı polislər İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhati edən 100 otaqlı villaya basqın ediblər.

Əməliyyat zamanı içərində 9 qadın, 13 kişi olub. Onlardan 21-i təslim olub, 1-I isə polislərlə atışmadan sonra ələ keçirilib.

Adnan Oktar isə evə gələrkən qapıda polisləri görüb. Daha sonra ərazidən uzaqlaşaraq Sarıyer səmtindəki gizli bir evə qaçmaq istəyib. Lakin, polislər qısa zamanda onu yanındakı “baş kedicik” deyə adlandırılan Didəm Ürellə birlikdə yaxalayıb.

Qeyd edək ki, İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə – 4  ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar və yüzlərlə polis cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir.