Adnan Oktarın “qara qutu”su tutuldubackend

Adnan Oktarın “qara qutu”su tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Adnan Oktarın axtarışda olan “kediciyi”saxlanııb. Adnan Oktarın “qara qutusu” hesab edilən Tülay Kumaşçı polisin keçirdiyi əməliyyat zamanı həbs edilib.
 
O, Adanan Oktar qruplaşmasının üzvləri arasında “bacı” adlandırılırdı.
Onun ifadəsi ilə, polisin Adnan Oktar cinayətlətri ilə bağlı mühüm məlumatlar əldə edəcəyi bildirilir.
Qeyd edək ki, Adnan Oktarın təşkilatının üzvü olmaqda ittiham edilən 235 nəfərə qarşı cinayət işi açılıb. Onlardan 200-ə yaxını həbs edilsə də, bəziləri polisdən qaçmağı bacarıb.
Adnan Oktar və yanındakılar haqqında çox sayda şikayət qeydə alınıb. Azyaşlı qızların ailələri, fırıldağa məruz qalanlar, təşkilatdan ayrıldığı üçün böhtana və şantaja məruz qalanlar oktardan şikayət ediblər.
Adnan Oktar və tərəfdaşları aşağıdakı cinayətlərdə ittiham olunur: Cinayət məqsədilə təşkilat qurmaq, azyaşlılarla cinsi əlaqə, uşaq oğurluğu və ya əsir saxlanılması, cinsi təcavüz, şantaj, insanların azadlığını əlindən almaq, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar edilməsi, fırıldaqçılıq, cinayətdən əldə edilən gəlirlərin yuyulması, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, böhtan, xalqı hərbi qulluqdan çəkindirmək, həqarət, cinayət uydurmaq, yalançı şahidlik, qaçaqçılıqla mübarizə qanunlarına müxaliflik, vergidən yayınma, rüşvət, təlim və tədris haqlarının tapdalanması, işgəncə, şəxsi məlumatların qeydə alınması və siyasi haqların tapdalanması, ailənin təhlükəsizliyi və qadına qarşı zorakılığın qarşısının alınmasına müxaliflik.(publika.az)